ELM VƏ TƏHSİL


BDU-nun Biologiya fakültəsində növbəti elmi seminar

Bakı, 28 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biomühəndislik elmi-tədqiqat laboratoriyasında “Qida məhsullarında polifenolların və antioksidant fəallığın təyini üçün biosensor” mövzusunda onlayn elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, məruzəçi, Biomühəndislik elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, biologiya elmləri namizədi Rüfət Ağalarov meyvə şirələri və şərablardakı polifenolların və onların antioksidant aktivliyinin ekspres təyini üçün biosensorların istehsal variantları haqqında məlumat verib.

Sonda mövzu ilə bağlı müzakirə aparılıb, iştirakçıların sualları cavablandırılıb. Seminarda Biologiya fakültəsinin professor-müəllim heyəti, doktorant və magistrantları iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.