ELM VƏ TƏHSİL


BDU-nun Biologiya fakültəsinin tələbələri istehsalat təcrübəsində

Bakı, 20 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin su bioehtiyatları və akvabitkilər ixtisası üzrə təhsil alan IV kurs tələbələri və II kurs magistrantları Neftçala rayonunun Xıllı qəsəbəsində “Xıllı-Balıq MMC” balıqçılıq təsərrüfatında, Yevlax rayonunun Varvara kəndində “Varvara-Balıq ASC” nərəbalıqyetişdirmə təsərrüfatında və Lənkəran rayonu ərazisində (Liman şəhəri) “Kiçik Qızılağac balıqartırma təsərrüfatı”nda istehsalat təcrübəsi keçiblər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təcrübə zamanı tələbələr balıqçılıq təsərrüfatlarının quruluşu, istehsalat prosesində istifadə olunan avadanlıq və qurğular, balıqartırma prosesinin biotexnoloji mərhələləri ilə tanış olublar. Azərbaycanın qiymətli vətəgə balıqlarından olan nərələrin süni artırılması prosesini, burada tətbiq olunan yeni texnoloji metodları əyani şəkildə izləyiblər. Azərbaycanda ilk dəfə tətbiq edilən, temperatur rejimi idarə olunan qapalı su təchizatı sistemində mayalanmış kürülərin inkubasiya prosesi, istehsalatın müxtəlif mərhələlərində itkilərin aradan qaldırılması üsulları, sürfə və körpələrin “hovuz üsulu” ilə yetişdirilməsi, həmçinin onların canlı və qarışıq yemlərlə yemləndirilməsi texnologiyaları ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.