ELM VƏ TƏHSİL
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar
Bakı, 24 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə növbəti onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda tələbələr “Bioyanacaq və onun Azərbaycana tətbiqi”, “Alternativ enerji mənbələri və Azərbaycanda tətbiqi” və “ağıllı kənd” layihəsi” mövzularında çıxış ediblər. Məruzələrdə bioyanacağın alınma mənbələri, onların istifadəsinin ekoloji əhəmiyyəti, alternativ enerjidən istifadənin iqtisadi və ekoloji səmərəliliyi, “ağıllı kənd” layihəsinin mahiyyəti haqqında məlumat verilib.
Sonda məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıb.
Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti, doktorantlar və magistrantlar iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]