ELM VƏ TƏHSİL


BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç ixtisas üzrə mütəxəssislər hazırlanır

Bakı, 18 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Fakültədə Ekoloji kimya, Coğrafi ekologiya, Bioekologiya, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedraları fəaliyyət göstərir. Bakalavr və magistrantlar BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasında tədqiqat aparmaq imkanına malikdirlər.

Bakalavriat səviyyəsində ekologiya, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisasları üzrə mütəxəssislər hazırlanır.

Ekologiya ixtisası üzrə məzunlar elm-təhsil-istehsalatı əhatə edən bütün dövlət idarə və müəssisələrində, özəl təşkilatlarda çalışa bilərlər. Bunlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, SOCAR, BP, Qida Təhlükəsizliyi Agentliyi və onların tabeliyindəki müəssisələr aiddir.

Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə məzunlar Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onların tabeliyindəki müəssisələrdə, fermer təsərrüfatlarında, torpaq analizi laboratoriyalarında və digər qurumlarda çalışa bilərlər.

Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası üzrə məzunlar Əmlak Məsələləri Dövlət Xidməti, Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və onların tabeliyendəki müəssisələrdə, özəl şirkətlərdə çalışa bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.