Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

BDU-nun Elm Gününə həsr olunmuş xüsusi iclası

Bakı, 27 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının 27 Mart - Elm Gününə həsr olunmuş xüsusi iclası keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

İclasda çıxış edən BDU-nun rektoru Elçin Babayev Elm Gününün Azərbaycan alimləri, elmi ictimaiyyəti üçün bayram, Prezident İlham Əliyev tərəfindən elmə verilən böyük dəyərin təzahürü olduğunu bildirib. Rektor vurğulayıb ki, Azərbaycanda dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin davamlı inkişafı, iqtisadi, siyasi və hərbi qüdrəti təhsilin keyfiyyəti və səviyyəsi, həmçinin respublikanın elmi potensialı və bu sahələrdəki uğurları ilə bilavasitə bağlıdır. Müstəqilliyimizin bərpasından keçən müddət ərzində dövlətin diqqət və qayğısı sayəsində ölkəmizdə elm və təhsil sahələri sürətlə inkişaf edib, bu istiqamətdə nailiyyətlər qazanılıb. Elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir, qanunvericilik təkmilləşdirilir. Son illərdə ölkəmizdə milli maraqlara və bəşəri dəyərlərə əsaslanan müasir elm və təhsil sistemi formalaşıb. Ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər icra olunur. Elm, təhsil və sənayenin məharətlə əlaqələndirilməsi, müasir texnologiyalar və innovasiyaların tətbiqi yolu ilə inkişaf etdirilməsi hazırda ən aktual və prioritet məsələdir. Bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm və davamlı işlər görülür. Öz strategiyasında təhsil və elmi tədqiqatların sıx inteqrasiyasını, o cümlədən tələbələrin tədris praktikasının birbaşa olaraq tədqiqatla əlaqələndirilməsini əsas götürən BDU-da hər il Elm Gününə həsr olunmuş tədbirlər planı hazırlanaraq həyata keçirilir. Artıq üç ildir ki, BDU əməkdaşları arasında Elm Gününə həsr olunmuş “İlin alimi” nominasiyası üzrə müsabiqə elan olunur. “İlin alimi” müsabiqəsinin məqsədi BDU-nun il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş əməkdaşlarının mükafatlandırılmasıdır. Elm Günü ilə əlaqədar BDU-nun bütün fakültələrində silsilə elmi seminarlar, ustad dərsləri təşkil olunur. BDU-nun əməkdaş, doktorant və tələbələrinin uğurlu elmi fəaliyyəti öz nəticəsini verməkdə davam edir. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, 2023-cü ilin ilk 3 ayı ərzində BDU-nun Hirş indeksi artaraq 56 olub (Hirş indeksi alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir). Hər bir əsərə istinadların orta sayı isə 6.81-ə qədər yüksəlib. Onu da qeyd edək ki, 2018-ci ilin sonunda BDU-nun Hirş indeksi 35-ə bərabər olub. Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3.761 elmi əsər nəşr edilib. Bu əsərlərə 25.629 dəfə istinad edilib. Təkcə 2022-ci ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 254 əsər (2022-ci il üzrə yekun nəticələr tam deyil, 2023-cü ilin ilk yarımilliyində tamamlanacaq) nəşr edilib və nəşr edilən əsərlərə 5.603 dəfə istinad olunub ki, bu da 2018-ci ildə edilən istinadların sayından 2.5 dəfə çoxdur. Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.

Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri Turxan Süleyman isə qeyd edib ki, ölkənin ilk ali təhsil ocağı olan BDU Azərbaycanın milli sərvəti, canlı tarixidir. O, BDU alimlərini bu əlamətdar gün münasibətilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov “Humanitar elmlərin problemləri”, Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri Arif Səlimov “Riyaziyyatın müasir problemləri”, “Azərbaycan Balıq Yetişdiriciləri və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri, “Azerbaijan Fish Farm" MMC-nin direktor müavini Zaur Salmanlı “Azərbaycan Respublikasında akvakultura. Mövcud vəziyyət və perspektivlər”, BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin rəhbəri İlyas Nəsibov “BDU tələbələrinin elmi-tədqiqat və mühəndis-texniki yaradıcılıq fəaliyyəti, “TEKNOFEST” layihələri”, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin XI sinif şagirdi, “Sabahın alimləri” XII respublika müsabiqəsinin qalibi Misir Hüseynli “Triboelektrik nanogeneratorlar əsasında hibrid formalı enerji sistemlərinin ağıllı nəqliyyat texnologiyalarına tətbiqi” mövzularında çıxış ediblər.

İclasın sonunda BDU-nun son bir ildəki elmi fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəbrayılda təməli qoyulan fabrikdə ildə 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək

Avropa Kuboku: "Azəryol" Ukrayna klubuna məğlub olub

Bakıda "Beynəlxalq onlayn platforması üzərindən robototexnikanın öyrənilməsi" layihəsinə start verilib

İcma: Fransanın bəsit cəhdləri onun haqsız olduğunu göstərir

Milli Məclisin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib

Azərbaycan Şahmat Federasiyası 2025-ci ilin təqvimini təsdiqləyib

Misli Premyer Liqası: “Səbail” komandası “Şamaxı”ya qalib gəlib

Alman yazıçısı Vulf Dornun oxucularla görüşü və imza saatı keçirilib

Ucarda baş verən yol qəzasında piyada ölüb

Görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin kitabının Azərbaycan dilində təqdimatı keçirilib

“Standard and Poor’s” regionda ilk dəfə Serbiyaya investisiya kredit reytinqi təyin edib

® Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - Foto

Braziliyalı ekspert: Azərbaycan BRICS çərçivəsində yaşıl enerjinin inkişafında mühüm rol oynaya bilər - MÜSAHİBƏ

X Bakı Beynəlxalq Kitab Sərgisi: Qazaxıstanın dövlət xadiminin kitabı təqdim olunub

Bakıda 22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Azərbaycan Milli QHT Forumu sağlam həyat tərzinin təbliğinə dair silsilə tədbirlərə başlayıb

Cəbrayılda bərpa-quruculuq işləri Azərbaycanın ümumi iqtisadi inkişafına töhfə verəcək ŞƏRH

Fransa Madaqaskarın tələb etdiyi insan sümüklərini qaytaracaqmı?

Azərbaycanın üç gimnastı beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Aİ Çinin elektrik avtomobillərinə rüsumları 45 faizə qaldıracaq

Banqladeş şirkəti Avropaya uçuşları Azərbaycan üzərindən həyata keçirir

Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev AZƏRTAC-ın stendini ziyarət edib VİDEO

Danimarkada məktəblərdə smartfonların istifadəsinə məhdudiyyət tətbiq edilir

“Emirates” aviaşirkətinin təyyarələrində peycer və ratsiyalar daşınması qadağan edilib

Qazaxıstanda rəqəmsal yeniliklər gündəlik həyata rahatlıq gətirir

Azərbaycan İdman Akademiyasında Müəllimlər Günü qeyd edilib

“Heydər Əliyevin Vətən səfərləri” çoxcildliyinin təqdimat mərasimi olub

Professor Sabir Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Ahmet Özekmekçi: Azərbaycanla kitabxanaçılıq sahəsində əməkdaşlığı hər zaman üstün tutmuşuq

“Qarabağ” həndbol üzrə Avropa Kubokuna qələbə ilə başlayıb

Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisindən növbəti darmadağın

Polşalı pilləkənlərlə velosipedlə tullanmaq üzrə dünya rekordu qırıb

Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışları 3 medalla başa vurublar

Valeri Əliyev: Azərbaycanı təbliğ etməkdən zövq alıram

Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatına çağırış edib

Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib

Binədə 7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb VİDEO

Katya Tsilosani: Avropa Şurasının əsas dəyəri hər bir üzv dövləti müzakirələrə cəlb etməkdir VİDEO

Türkiyəli ekspert: Ermənistanın Müstəqillik Bəyannaməsi preambulasından imtina etməsi regionda sülhə aparan yoldur

Beynəlxalq tədbirin iştirakçısı olan 100-ə yaxın prokuror Qəbələyə səfər edib

BDU-nun dörd tələbəsi Prezident təqaüdünə layiq görülüb

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal əldə edib

Zəngilanda yeni təməli qoyulan yaşayış məhəllələrində 511 mənzil olacaq

X Bakı Beynəlxalq Kitab Sərgisi davam edir

"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təlimi başa çatıb

Tədqiqat: İndiyədək 610 quş növünün nəsli kəsilib, növbəti iki əsrdə daha 1000 növ yox ola bilər

Gənc müəllim: Şagirdə təkcə bilik verməklə kifayətlənmək olmaz

Şuşaya bayraq asan Cəngavər: Ən ali arzuma çatmışam

Venesuelalı şair Milli Kitabxananın qonağı olub

Dünya Təhsil Forumunun direktoru: Süni intellektin təhsilə inteqrasiyası qaçınılmazdır VİDEO

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə oxucularla görüşüb

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Avropa Komissiyası Livandan qaçqın axını barədə xəbərdarlıq edib

“Şuşa İslam dünyasının mədəniyyət paytaxtı” adlı kitab sərgisi açılıb

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Ağdamlı müəllim: İşlədiyim məktəb cəbhə xəttindən bir kilometr məsafədə yerləşirdi

“Gəncə” heyətinə yeni basketbolçu qatıb

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 2 mindən çox iş yeri yaradılacaq FOTO

İki müharibədə vuruşmuş müəllim bu gün də şərəfli peşəsini davam etdirir – FOTO VİDEO

Norveçin “Geopolitika” qəzetində Azərbaycan diplomatının COP29 zamanı atəşkəs təşəbbüsü haqqında məqaləsi dərc olunub

MSK sədrinin rəhbərliyi ilə nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Azərbaycan çinli turistlərin sifarişlərinin ən çox artdığı ölkələrdəndir

“TEKNOFEST”də elektrik yarış bolidi təqdim edilib

Bavariyada hoteldəki yanğın nəticəsində 11 nəfər xəsarət alıb

Gürcüstanda ənənəvi “Tbilisoba” bayramı qeyd olunur

B. H. Rzayevə şiddətli töhmət elan edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı

İtaliyada nəqliyyat işçiləri tətil edirlər

Tanınmış avarçəkən Azərbaycana səfər edib

Bosniya və Herseqovinada daşqın nəticəsində ölənlərin sayı 16-ya çatıb

Qazaxıstanda referendumdan əvvəl “sükut günü” başlayıb

AFR-in sabiq prezidenti Ukraynaya “Taurus” raketləri verməyi təklif edib

Heydər Əliyev Su Anbarına 200 min sazan balığı körpəsi buraxılıb

XİN: Ermənistan XİN rəsmisinin bu ölkənin sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır

Qazaxıstanda TDT Müsəlman Dini İdarə rəhbərləri şurasının görüşü keçirilib

Yazıçı-publisist Nüşabə Məmmədlinin kitablarının təqdimatı keçirilib

Baş Prokurorluqda görüş keçirilib

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi - SƏRƏNCAM

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.K.Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cəbrayılda alkoqolsuz içkilərin istehsalı kompleksinə ilkin mərhələdə 35 milyon manat investisiya qoyulacaq

Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib

Bu il İtaliyaya 9 milyard kubmetrdən çox qaz ixracı gözlənilir

Sabah hava şəraiti əsasən yağmursuz olacaq VİDEO

BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb

Volodimir Zelenski: Ukrayna “Ramştayn” görüşündə qələbə planını tərəfdaşlarına təqdim edəcək

Çin sərhədindən Abşerona qədər yükdaşımalarının müddəti 9 günədək azaldılıb

Braziliya məhkəməsi “Mercedes”i 6,7 milyon avro cərimələyib

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Çin növbəti kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

İngiltərə çempionatında rəqibini dişləyən futbolçu səkkiz oyun cəzalandırılıb

Asteroidlər gələcək kosmik missiyalarda qida mənbəyi ola bilər

Niger dövlət başçısının xüsusi müşaviri 1 saylı Bakı DOST Mərkəzində olub

FHN metronun “İçərişəhər” stansiyasında təlim keçirib VİDEO

Omanda ICESCO-ya üzv ölkələrin təhsil nazirlərinin konfransı təşkil olunub

Avstriyada ifrat sağçılara qarşı yürüş keçirilib

Erməni terrorunun şahidi: Düşmənin bazarı hədəf almasında əsas məqsədi daha çox insanı öldürmək idi

Cəbrayıl şəhərindəki yaşayış kompleksi 33 binadan ibarətdir FOTO

Vətən müharibəsinin xronikası: 5 oktyabr