ELM VƏ TƏHSİL


BDU-nun Elmi şurasının növbəti iclası

Bakı, 25 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının növbəti iclası keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev gündəlikdə olan məsələləri təqdim edib.

Tədris və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) təşkili və 2022/2023-cü tədris ili üzrə dərs yükünün bölgüsü haqqında məlumat verib.

İclasda 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı təhsil nazirinin müvafiq əmrinə əsasən nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb. İmtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının keçirilməsi zamanı koronavirusa dair göstərişlərə riayət olunması, imtahan sessiyasının iyunun 3-dən iyulun 1-dək keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2022-ci il iyul ayının 4-dən 12-dək şərait yaradılması ilə əlaqədar Elmi şurada müzakirələr aparılaraq müvafiq qərar qəbul edilib.

Eyni zamanda, 2022/2023-cü tədris ilində professor-müəllim heyətinin tədris yükünün mövcud qanunvericiliyə əsasən bölgüsünün aparılması haqqında da qərar qəbul olunub.

Sonda cari məsələlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.