BDU-nun Filologiya fakültəsinin tələbə və magistrlərindən ibarət yeni qrupu “Vikipediya” təlimlərində
AzerTAg.az
Bakı, 30 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbə və magistrlərindən ibarət yeni qrupu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak edib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”da məqalələrin yaradılması” mövzusunda keçirilən təlimlərdə tələbələr məqalələrin yaradılması və redaktə olunması barədə məlimatlandırılıb. Həmçinin onlara “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verilib. Gənclərə bu virtual ensiklopediyanın beş əsas prinsipi, mənfi təsirləri və onun qarşısının alınması yolları izah edilib.
Təlimlərdə iştirak edən könüllülər “Vikipediya”da ədəbiyyat və filologiya mövzusunda məqalələrin yaradılması, redaktəsi və boşluqların aradan qaldırılması ilə bağlı fəaliyyət göstərəcəklər.




Xəbərin mətnində orfoqrafik səhv var