ELM VƏ TƏHSİL


BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda bioloji fəal peptid molekulların fəza quruluşları tədqiq olunur

Bakı, 15 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda institutun Biofizika şöbəsinin aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru Gülşən Ağayeva “Bioloji fəal peptid molekulların fəza quruluşlarının spektral və nəzəri hesablama metodları ilə kompleks tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd olunub ki, tədqiqatlar nəticəsində təcrübi və nəzəri üsullarla müəyyən edilmiş quruluş elementlərinin müqayisəsinin onların qiymətlərinin dəqiqləşdirilməsinə səbəb olduğu müəyyən edilib.

G.Ağayeva aparılan hesablamaların xüsusiyyətlərini izah edib, iştirakçıların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.