ELM VƏ TƏHSİL
BDU-nun Fizika fakültəsində növbəti elmi seminar
Bakı, 3 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Parabolik potensiallı kvant təbəqəsində enerji səviyyələri” mövzusunda onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Bərk cisimlər fizikası kafedrasının professoru Tariyel İsmayılov məruzə ilə çıxış edib. Məruzədə son onillikdə nanotexnologiyalar sahəsindəki inkişaf nəticəsində daha kiçik ölçülü, sürətli və etibarlı cihaz və qurğuların yaradıldığı, bunun əsasında aşağıölçülü sistemlər fizikasının ən fundamental effekti olan ölçü kvantlanması adlanan effektin durduğu qeyd edilib. Həmçinin nümunənin kvantlanma istiqamətindəki ölçüsü kiçildikcə diskretliyin kəskin artdığı, topologiyanın belə dəyişməsi yarımkeçirici əsaslı optik detektorların, lazerlərin və müxtəlif tezliklər oblastında işləyən digər optoelektronika cihazlarının parametrlərinin yaxşılaşdırılmasına imkan yaratdığı bildirilib.
T.İsmayılov bu istiqamətdə apardığı nəzəri tədqiqatların nəticələri barədə məlumat verərək qeyd edib ki, alınan nəticə kvant məftillərinə və kvant nöqtələrinə də tətbiq oluna bilər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların suallarını cavablandırılıb.