ELM VƏ TƏHSİL


BDU-nun “Gənc istedadlar” liseyində II Respublika şagird konfransı keçirilib

Bakı, 17 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb. Ulu Öndərin elmə, təhsilə daim önəm verdiyini deyən Aydın Kazımzadə dahi rəhbər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib.

Prorektor müdrik şəxsiyyət Heydər Əliyev siyasi irsinin daha dərindən öyrənilməsinin zəruriliyini vurğulayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov “Xalq üçün yaşanan ömür”, Təhsil İnstitutunun direktor müavini, dosent Ənvər Abbasov “Heydər Əliyev və Azərbaycan təhsili” BDU-nun professoru Nuru Məmmədov “Heydər Əliyev və Azərbaycan tarixi”, “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdi Güllü Qəhrəmanlı “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzularında məruzə ilə çıxış ediblər.

Bakı şəhəri 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, Sumqayıt şəhər humanitar və təbiət, riyaziyyat təmayüllü “İstedad” liseyinin direktoru Adilə Süleymanova, liseyi qızıl medalla bitirmiş, Azərbaycan Mühəndislik Universitetinin tələbəsi Lalə Muradlı, valideyn Fəxri Xəlilov konfransın işinə uğurlar arzulayıblar.

Sonra BDU-nun “Gənc istedadlar” liseyində konfransın “Ana dili və ədəbiyyat”, “Tarix və coğrafiya”, “Fizika, riyaziyyat, informatika”, “Kimya, biologiya və ekologiya”, “Xarici dillər” üzrə bölmə iclasları olub.

Bölmə iclaslarında Bakı şəhər Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Bakı Avropa Liseyi, Kaspi Liseyi, 6 və 20 nömrəli məktəb-liseylər, Sumqayıt şəhər humanitar və riyaziyyat təmayüllü “İstedad” və Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseylərinin şagirdləri ilə yanaşı, respublikanın müxtəlif bölgələrinin, o cümlədən Gəncə, Tovuz, Şəki və Qax şəhərləri müxtəlif lisey və məktəblərinin şagirdləri çıxış edib, ümumilikdə 177 məruzə dinlənilib.

“Gənc istedadlar” liseyinin Azərbaycan və rus bölmələrində 631 şagird təhsil alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.