ELM VƏ TƏHSİL
BDU-nun “Gənc istedadlar” liseyində “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil edilib
Bakı, 23 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin və “BDU könüllüləri”nin birgə təşəbbüsü ilə liseyin 6-cı sinif şagirdləri arasında “Şuşa İli”nə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iki tur, 30 sualdan ibarət olan oyunun suallarını Kitabxanaçılıq-informasiya fakültəsi üzrə könüllülərin sədr müavini Nazənin Tağızadə səsləndirib. Oyunda 4 komanda iştirak edib.
Yarışda I yeri “Ulduz”, II yeri “Young Talents” komandası qazanıb. Oyunun sonunda qalib komanda üzvləri sertifikatlarla təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]