ELM VƏ TƏHSİL


BDU-nun “Gənc istedadlar” liseyinə qəbul imtahanının vaxtı açıqlanıb

Bakı, 14 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 2020/2021-ci tədris ili üçün V siniflərə şagird qəbulu imtahanı avqustun 25-də keçiriləcək.

BDU-dan AZƏRTAC-a bildirilib ki, imtahan saat 11:00-da başlayacaq. Bakı Dövlət Universitetinin 1 saylı tədris binasında keçiriləcək imtahan ənənəvi qaydada test üsulu ilə olacaq.

İmtahanda iştirak edəcək şagirdlər imtahana buraxılış vərəqəsi və sağlamlıq haqqında bəyannamə formasını avqustun 19, 20, 21 və 24-də saat 10:00-dan 17:00-dək “Gənc istedadlar” liseyinin sənəd qəbulu komissiyasından əldə edə bilərlər.

Buraxılış vərəqəsi üçün komissiyaya şəxsiyyəti təsdiq edən sənədin surəti, 3x4 ölçüdə 2 ədəd fotoşəkil təqdim olunmalıdır.

Ətraflı məlumatı [email protected]  ünvanı və (012) 510-74-54, (012) 510-74-94, (050) 793-82-18 əlaqə nömrələrindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.