ELM VƏ TƏHSİL


BDU-nun Geologiya fakültəsində növbəti elmi seminar

Bakı, 18 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Mezokaynozoy çöküntülərinin mineroloji-geokimyəvi və kristallokimyəvi xüsusiyyətləri” mövzusunda onlayn elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi seminarda geokimya, mineralogiya və dəniz və okeanların geologiyası ixtisaslaşmaları üzrə II kurs magistrantlar apardıqları tədqiqatlar və aldıqları nəticələr barədə məlumat veriblər.

Seminarda dosentlər Kərim Rəhimov, Afət Şirinova və Nurəddin Abbasov çıxış edərək məruzələrlə bağlı fikirlərini bildiriblər.

Elmi seminar mövzular ətrafında fikir mübadiləsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.