ELM VƏ TƏHSİL


BDU-nun Hirş indeksi 52-yə çatıb

Bakı, 11 avqust, AZƏRTAC

“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, Bakı Dövlət Universitetinin (BDU) Hirş indeksi artaraq 52 olub (Hirş indeksi alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir).

Hər bir əsərə istinadların orta sayı isə 6.06-ya qədər yüksəlib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Qeyd edilib ki, 2018-cı ilin sonunda BDU-nun Hirş indeksi 35-ə bərabər olub.

Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan jurnallarda artıq 3.598 elmi əsər çap edilib. Bu əsərlərə 22 minə yaxın istinad edilib. 2022-ci ilin 8 ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 146 əsər dərc edilib və onlara 2800-ə yaxın istinad olunub.

Bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.

BDU-nun inkişaf strategiyasının əsas məsələlərindən biri də elmi-tədqiqatların prioritetlərini dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirməkdir. Universitet Avropa və dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin funksiyalaşdırılması və inkişafını təmin edə bilən mütəxəssislər, elmi və elmi-pedaqoji, mühəndis-texniki kadrlar hazırlayan, sənaye müəssisələri ilə olan mövcud əlaqələri inkişaf etdirməklə elmi nəticələri kommersiyalaşdıran struktura və bazaya malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.