ELM VƏ TƏHSİL


BDU-nun Hüquq fakültəsinin dekanı Fransada beynəlxalq məhkəmə proqramında iştirak edib

Bakı, 26 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev Fransanın Milli Administrasiya Məktəbində (National School of Administration) keçirilən beynəlxalq məhkəmə proqramında iştirak edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Milli Administrasiya Məktəbinin təşkilatçılığı ilə reallaşan proqramda dünyanın 20 dövlətindən 37 hüquqşünas iştirak edib. Mühazirələri Fransanın tanınmış alimləri və dövlət nümayəndələri təqdim edib.

Qarşılıqlı dialoq və müzakirə şəklində, o cümlədən müxtəlif məsələlərin həlli yollarının araşdırılması formasında keçirilən beynəlxalq məhkəmə proqramında əsas məsələ bu sahədə dünyanın qabaqcıl təcrübəsinin öyrənilməsi olub.

Professor Əmir Əliyev proqramın sonunda təşkil olunmuş qruplardan birinin nümayəndəsi kimi təqdimatla çıxış edib və Milli Administrasiya Məktəbinin sertifikatına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.