ELM VƏ TƏHSİL


BDU-nun Jurnalistika fakültəsində növbəti elmi seminar

Bakı, 21 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində növbəti onlayn elmi seminar keçirilib. Seminarda Multimedia və elektron kommunikasiya kafedrasının doktorantı Mətanət Hüseynova “Televiziyanın maarifləndirmə prosesində cəmiyyətə əsas təsir formaları” mövzusunda məruzə ilə çıxış edib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, M.Hüseynova çıxışında kütləvi informasiya vasitələri içərisində televiziyanın qavrayış bütövlüyünə nail olunmasında daha güclü təsir imkanlarına malik olmasından bəhs edib. O, televiziyanın cəmiyyətin maarifləndirilməsi prosesində ənənəvi KİV ilə müqayisədə təsir imkanları baxımından bir addım öndə olduğuna diqqət çəkib.

Seminar iştirakçılarının sualları cavablandırılıb. Doktorantın elmi rəhbəri, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Allahverdi Məmmədli, professor və dosentlər çıxış edərək mövzu ilə bağlı rəylərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.