BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün yeni imkan
AzerTAg.az
Bakı, 19 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyası arasında imzalanmış memoranduma əsasən, tələbələr üçün qısamüddətli təlimlər təşkil olunur.
BDU-dan AZƏRTAC-a bildirilib ki, nitq mədəniyyəti üzrə təlimlər Teleradio Akademiyasının müəllimləri - Əməkdar jurnalist Rafiq Həşimov, Əməkdar artistlər Nərgiz Cəlilova, Sevda Ağazadə, Əməkdar mədəniyyət işçisi Aygül Qaradağlı tərəfindən keçiriləcək.
Rejissorluq təlimlərini Teleradio Akademiyasının müəllimləri, ali dərəcəli rejissorlar Elxan Məsumov, Əlimürsəl Hacızadə, montaj təlimini Teleradio Akademiyasının müəllimi Rəna Yunisli, qrafik dizayn təlimini isə Teleradio Akademiyasının müəllimi Hüseyn Hüseynov keçəcək.

Xəbərin mətnində orfoqrafik səhv var