ELM VƏ TƏHSİL
BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin üzvləri mükafatlandırılıblar
Bakı, 1 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin üzvləri ali təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş bədii yaradıcılıq müsabiqə-festivalında fəal iştiraka görə təltif ediliblər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, universitetin Mədəniyyət-Yaradıcılıq Mərkəzinin üzvləri müsabiqədə xor, bədii qiraət, rəqs və solo ifa janrları üzrə qalib olublar. Eləcə də BDU tələbələri müsabiqədə fəal iştiraka görə Təhsil Nazirliyi tərəfindən diplomlara layiq görülüblər.
Rektor tələbələrin universitetin və ölkənin ictimai həyatında fəal iştiraklarının önəmini vurğulayıb, onlara uğurlar arzulayıb.
Sonra Mədəniyyət-Yaradıcılıq Mərkəzinin üzvlərinə diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.