ELM VƏ TƏHSİL


BDU-nun Psixoloji yardım sektoru fokus qrup təlimləri keçirir

Bakı, 3 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələr üçün fokus qrup təlimləri keçirir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Qeyd olunub ki, tələbələr üçün aktual mövzular öyrənilir və bu mövzular nəzərə alınaraq təbliğat və təlimlər aparılır. Qrup üzvləri görüş zamanı tələbələr üçün aktual mövzuları müxtəlif aspektlərdən müzakirə edirlər.

Qeyd edək ki, fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir. Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur. Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur.

BDU-nun Psixoloji yardım sektoru tərəfindən növbəti fokus qrup müzakirələri dekabrın 6-da və 10-da “Valideyn-övlad”, “Tələbələrin adaptasiya dövrü” mövzuları üzrə aparılacaq.

Təlimlərə qatılmaq üçün Psixoloji yardım sektorunun +994 (77) 304 24 48 vatsap nömrəsinə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.