ELM VƏ TƏHSİL


BDU-nun Şərqşünaslıq fakültəsində tədbir: Qərənfildən Xarıbülbülə

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Anım Gününə həsr olunan “Qərənfildən Xarıbülbülə” adlı tədbir keçirilib. Tədbirdə şəhidlərin xatirəsi anılıb, Vətən müharibəsi zamanı tələbələrin dünya ictimaiyyətinə xitabən hazırladığı videoçarx nümayiş etdirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, fakültənin dekanı Elxan Əzizov çıxış edərək Prezident İlham Əliyevin siyasi və diplomatik fəaliyyətinin Vətən müharibəsində qazandığımız böyük Zəfərdə rolundan danışıb.

Şəhid ailələri adından Gülağa Rəhmətov, Sidiqə Feyzullayeva, qazi Səbuhi Qurbanov, fakültənin dekan müavini Şahin Yusifli, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli, dosentlər Əsmətxanım Məmmədova və Bənövşə Hacıyeva Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasəti, rəşadətli Ordumuzun gücü ilə Vətən müharibəsində qazandığımız böyük Qələbənin tariximizin ən şərəfli səhifəsi olduğunu vurğulayıblar.

Sonra Vətən müharibəsində qazanılan böyük Zəfərə həsr edilən videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.