ELM VƏ TƏHSİL


BDU-nun Şərqşünaslıq fakültəsinin ibri dili müəllimi beynəlxalq seminarda

Bakı, 3 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ibri dili müəllimi Təranə Hüseynbalayeva Qüdsün İbri Dili Universitetinin nəzdində fəaliyyət göstərən “Yəhudi mədəniyyəti və İbri dilinin dünya universitetlərində tədrisi Beynəlxalq Mərkəzi” tərəfindən “Ali məktəblərdə ibri dilinin xarici dil kimi tədrisində innovativ metodlar” mövzusunda təşkil olunan illik beynəlxalq seminarda iştirak edib.

Şərqşünaslıq fakültəsindən AZƏRTAC-a bildiriblər ki, seminarın əsas istiqaməti nəzəri yanaşma, praktiki tətbiqetmə və məsafədən təhsil, virtual auditoriyada xarici dilin kommunikativ metodlarla tədrisindən ibarət olub. Tədbirə otuza yaxın ölkənin universitetlərindən ibri dili müəllimləri qatılıb, dünyanın ən qabaqcıl və təcrübəli mütəxəssisləri mühazirə söyləyib, dünya təcrübəsi təhlil edilib.

Seminarda iştirak edən hər müəllim məsafədən tədris metodları ilə bağlı təcrübələrini bölüşüb, öz dərslərindən nümunələr təqdim edib. Məsafədən tədris prosesində istifadə olunan ən yeni dərs vəsaitləri haqqında biliklər paylaşılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.