ELM VƏ TƏHSİL


BDU-nun Tarix fakültəsində növbəti ustad dərsi

Bakı, 3 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Müasir arxeologiya elminin yeni çağırışları (arxeometrik tədqiqatlar)” adlı onlayn ustad dərsi keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi fond və ekspozisiya şöbəsinin müdiri Fərhad Quliyev “Müasir arxeologiya elminin yeni çağırışları (arxeometrik tədqiqatlar)” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə qeyd edilib ki, arxeologiya sahəsində araşdırmalar zamanı aşkar olunmuş abidələrin təyinatına uyğun (qədim yaşayış yerləri, antik və orta əsr şəhər yerləri, qəbir abidələri və s.) düzgün qazıntı üsullarının seçilməsi, qazılmış abidədən aşkar olunmuş materialların dəqiq fiksasiyası və onların müqayisəli təhlili arxeologiya elm sahəsinin əsas metodoloji bazasını təşkil edir. Çöl-tədqiqatları zamanı əsaslı öyrənilmiş arxeoloji abidələrin dəqiq elmi mahiyyətinin hərtərəfli öyrənilməsi məqsədilə, qazıntılar zamanı aşkar olunmuş və özünəməxsusluğu ilə seçilən maddi-mədəniyyət nümunələrinin növünə görə aparılan arxeoloji tədqiqatlar, yəni arxeometrik araşdırmalar sırasına aid olaraq müasir arxeologiya elminin yeni çağırışlarına cavab verir. Qazıntıların məqsədi abidələrin hərtərəfli tədqiqi, dəqiq qeydiyyatı və elmi dəyərləndirilməsi, abidələrin topoqrafiyası və stratiqrafiyası, mədəni təbəqəsinin, tikililərinin, maddi mədəniyyət nümunələrinin və s. tam səciyyəsinin müəyyən edilməsini nəzərdə tutur. Stasionar qazıntı işlərindən əvvəl abidə və onun yerləşdiyi ərazinin topoqrafik planından, hərtərəfli fotomateriallarından və s. ibarət məlumat bazası olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.