ELM VƏ TƏHSİL


BDU-nun Tarix fakültəsində şəhidlərin xatirəsi anılıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhidlərin əziz xatirəsi anılıb.

Tədbirdə çıxış edən Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Vətən müharibəsi zamanı qazandığımız Böyük Zəfərin sonsuz qürur hissləri doğurduğunu bildirib. O, şanlı Ordumuzun şərəfli inkişaf yolu keçdiyini deyib. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müqəddəs ata vəsiyyətini yerinə yetirdiyini, şanlı Zəfərin qazanılmasında xalq-iqtidar birliyinin əvəzsiz rol oynadığını vurğulayıb.

Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev bildirib ki, ermənilərin tarixi yalanlardan ibarətdir. Doğma Qarabağda üçrəngli bayrağımız əbədi dalğalanacaq.

Tarix fakültəsinin IV kurs tələbəsi İsmayıl Məmmədli, II kurs tələbəsi Aytən Əhmədova Vətən müharibəsi zamanı şanlı Zəfəri canı, qanı bahasına qazanan şəhidlərin əziz xatirəsinin daim ürəklərdə yaşayacağını vurğulayıblar. Tarix fakültəsinin tələbələri Nəbi Hüseynov, Ehtiram Qurbanov Vətən müharibəsinə həsr etdikləri şeirlərini söyləyiblər.

Tədbirin sonunda Ordumuzun qəhrəmanlığına həsr edilmiş videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.