ELM VƏ TƏHSİL


BDU-nun Tarix fakültəsində tədbir: Heydər Əliyev şəxsiyyəti gənc tarixçilərin gözü ilə

Bakı, 6 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Heydər Əliyev şəxsiyyəti gənc tarixçilərin gözü ilə” adlı elmi diskussiya keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, məruzəçi, BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim, ümummilli lider Heydər Əliyev irsinin tədqiqatçısı İradə Hüseynova çıxışında mənsub olduqları xalqın taleyində misilsiz rol oynayan dahi insanların dünyaya nadir hallarda gəldiyini və özlərindən sonra məktəb - həyat məktəbi qoyduqlarını vurğulayıb. İ.Hüseynova qeyd edib ki, Azərbaycan xalqının taleyində belə bir şəxsiyyət Heydər Əliyev olub. Ümummilli Liderimiz, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin bütünlüklə Azərbaycan xalqına və dövlətçiliyinə həsr etdiyi fəaliyyəti bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi sistemin qovuşuğundan keçmiş və bunların hər ikisindən о, bacarıqla istifadə edib respublikamızın hərtərəfli inkişafını təmin etmişdir. Böyük siyasi liderlər üçün bir çox mühüm əhəmiyyət kəsb edən xüsusiyyətlər xarakterikdir. Bu səciyyəvi cəhətlərdən biri siyasi intuisiya və uzaqgörənlik, hadisələrin gedişinə təsir göstərmək və ya onu qabaqlamaq bacarığıdır. Tarixən bir çox nüfuzlu liderlərin siyasətdə qarşıya qoyduqları məqsədlərə yetişərək uğur qazanmaları, rəhbərlik etdikləri xalqı böyük fəlakət və faciələrdən hifz etməsi məhz iti fəhm, intuisiya və uzaqgörənliyin nəticəsi olub. Azərbaycan xalqının Ümummilli Lideri də məhz belə uzaqgörən, siyasi proseslərin inkişaf trayektoriyasını duyan, hadisələrə pozitiv təsir göstərən fenomenal şəxsiyyət Heydər Əliyev idi. Heydər Əliyev məhz millətinin gələcəyini düşünən lider olaraq bütün həyatını canından artıq sevdiyi Azərbaycanın tərəqqisinə, inkişafına həsr edib.

Professor İ.Hüseynova Azərbaycanın inkişafında ulu öndər Heydər Əliyevin hər zaman milli təəssübkeş vətəndaş mövqeyinin dəyişməz olduğunu konkret faktlarla diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.