ELM VƏ TƏHSİL
BDU-nun Tarix fakültəsinin tələbələri istehsalat təcrübəsində olublar
Bakı, 14 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin tələbələri Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba Soyqırımı Memorial Kompleksi, S.Ə.Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi və Qəbələ Arxeoloji Mərkəzində istehsalat təcrübəsində olublar.
BDU-dan AZƏRTAC-a bildirilib ki, təcrübədə tarix ixtisası üzrə 122, tarix müəllimliyi ixtisası üzrə 109 tələbə və SABAH qrupları tarix müəllimliyi ixtisasının tələbələri iştirak ediblər. Təcrübəyə Arxeologiya və etnoqrafiya kafedrasının professor-müəllim heyəti rəhbərlik edib.
Təcrübə zamanı tələbələr Azərbaycan tarixinin tarixi-etnoqrafik, habelə arxeoloji nümunələri ilə tanış olub, onlarla bağlı ətraflı məlumat əldə ediblər.