ELM VƏ TƏHSİL


BDU-nun “Tələbədən-tələbəyə” layihəsində televiziya jurnalistikası təlimi

Bakı, 14 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan “Tələbədən-tələbəyə” layihəsində televiziya jurnalistikası təlimi keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, təlim zamanı jurnalistika fakültəsinin magistrantı Aynurə Vəliyeva televiziya jurnalistikası haqqında biliklərini iştirakçılarla bölüşüb. O, reportajların hazırlanması, reportyor işinin xüsusiyyətləri, eləcə də xaricdə müxbir məntəqələrinin işi barədə ətraflı məlumat verib.

Sonra iştirakçılarla praktik iş aparılıb.

Qeyd edək ki, BDU-nun jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulan “Tələbədən-tələbəyə” layihəsi çərçivəsində iştirakçılar onlayn xəbər, redaktə, fotojurnalistika, televiziya və radio jurnalistikası, video, montaj, idman jurnalistikası, data jurnalistikası və SMM (Sosial Media Meneceri) haqqında bilik və bacarıqlara yiyələnirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.