ELM VƏ TƏHSİL
BDU-nun Vətən müharibəsində iştirak etmiş tələbə və məzunları ilə növbəti görüş
Bakı, 22 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Vətən müharibəsində iştirak etmiş tələbə və məzunları ilə görüş olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova tələbə və məzunların Vətən müharibəsində göstərdiyi igidliklərdən söz açıb, böyük Zəfərimizin tarixi əhəmiyyətini vurğulayıb.
Fakültənin tələbələri, Vətən müharibəsi iştirakçıları Aslan Quliyev, Ömər Bozbaxov, Fuad Cəlilov, Mehdi Həşimov, məzun Cavid Aşirov çıxış edərək keçdikləri döyüş yolundan danışıblar.
Sonra fakültənin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Asif Abdulalimov və Tələbə Gənclər Təşkilatının sədri Mədinə Quluzadə Vətən müharibəsi iştirakçılarına xoş arzularını bildirib, onların vətənpərvərliyinin gələcək nəsillərə örnək olacağını vurğulayıblar.
Dekan müavini Qoşqar Məmmədov, Fiziki coğrafiya kafedrasının müdiri Yaqub Qəribov, Geodeziya və kartoqrafiya kafedrasının müdiri Məqsəd Qocamanov, Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası kafedrasının dosentləri Rəna Umudova və Gülşən Sultanova, Hidrometeorologiya kafedrasının dosenti İradə Əliyeva böyük Qələbəmiz münasibətilə tədbir iştirakçılarını təbrik edib, Ali Baş Komandanımız və şanlı Ordumuzla qürur duyduqlarını bildiriblər.