ELM VƏ TƏHSİL


BDU-nun alimi kənd təsərrüfatının optimal inkişafı üçün yeni yanaşmalar təklif edib

BDU-nun alimi kənd təsərrüfatının optimal inkişafı üçün yeni yanaşmalar təklif edib

Bakı, 9 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının baş müəllimi iqtisad üzrə fəlsəfə doktoru Nəcibə Hacıyeva kənd təsərrüfatının optimal inkişafı üçün yeni yanaşmalar təklif edib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Alimin elmi məqaləsində sahələrarası balans modelini qurmaq və reqressiya təhlilindən istifadə etməklə Azərbaycan iqtisadiyyatının səmərəli diversifikasiyası üçün kənd təsərrüfatının inkişafının optimal ssenarisi əsaslandırılıb. Sənayenin cari inkişaf tendensiyalarının (innovativ, ətalət və balanslı) nəzərə alındığı məqalədə kənd təsərrüfatının optimal inkişaf ssenarilərinin müəyyən edilməsi üçün yanaşmalar təklif olunub.

Balans modelindən istifadə Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişaf göstəriciləri arasında səbəb-nəticə əlaqələrinin hesablanmasına və kənd təsərrüfatının inkişafının milli iqtisadiyyatın şaxələndirilməsinə təsirinin hərtərəfli qiymətləndirilməsinə kömək edir. Məqalədə təklif olunan dəyişdirilmiş model klassik balans modelindən fərqli olaraq sənaye sahələrinin təkcə istehsal potensialını deyil, həm də onların neftdən asılılığının neytrallaşdırılması yolunda ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) formalaşdırılmasına və iqtisadiyyatın şaxələndirilməsinə töhfəsini qiymətləndirmək imkanlarını təmin edir.

Qeyd edək ki, N.Hacıyevanın “Azərbaycanda kənd təsərrüfatının inkişafına ssenari yanaşması” sərlövhəli məqaləsi “Web of Sience” bazasının Q3 kateqoriyasında indekslənən “Journal of Eastern European and Central Asian Research” nəşrində yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.