ELM VƏ TƏHSİL


BDU-nun alimləri altı ayda “Web of Science” bazasında 132 məqalə dərc etdiriblər

Bakı, 6 avqust, AZƏRTAC 

Bu ilin ilk 6 ayı ərzində Bakı Dövlət Universitetinin (BDU) alimləri tərəfindən “Clarivate Analytics” (əvvəlki “Tomson Reuters”) informasiya agentliyinin bazasına daxil olan jurnallarda 132 məqalə dərc etdirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu müddət ərzində universitet alimləri tərəfindən çap etdirilmiş məqalələrə 854 dəfə (yalnız 2018-ci ildə dərc olunmuş məqalələrə 26 dəfə) istinad olunub.

“Clarivate Analytics” agentliyinin rəsmi məlumatına əsasən, ötən il “Web of Science” bazasına daxil olan nəşrlərdə universitet alimləri tərəfindən 243 məqalə dərc etdirilib və bu məqalələrə 1249 dəfə (yalnız 2017-ci ildə dərc etdirilmiş məqalələrə 264 dəfə) istinad olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.