ELM VƏ TƏHSİL
BDU-nun alimləri bakterial proteomikanın tətbiqi üzrə araşdırma aparırlar
Bakı, 3 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya ETL-in müdiri professor Xudaverdi Qənbərovun həmmüəllifi olduğu “Bakterial proteomika və onun patogenezin öyrənilməsi üçün tətbiqi” (Bacterial proteomics and its application for pathogenesis studies) adlı məqalə “Web of Sience” bazasında indekslənən Q3 kvartil kateqoriyalı “Current pharmaceutical biotechnology” jurnalında yer alıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Bakteriyaların strukturunda mövcud olan makromolekullar (zülallar, polisaxaridlər, fosfolipidlər və nüklein turşuları) onların həyat qabiliyyətinin saxlanmasında və patogenezində mühüm rol oynayır. Məqalədə bakteriyaların makromolekullarının öyrənilməsinin iki metodla: genomika və proteomika ilə həyata keçirilməsi analiz edilir. Proteomik yanaşma hüceyrədə zülalların identifikasiyasına və funksiyasının öyrənməsinə yollar açır. Nəticədə bakteriyalarda antibiotiklərə davamlığın, bakterial ərpin formalamasının və ətraf mühitə adaptasiyanın və patogenezin mexanizmləri aşkarlanır. Patogenezin mexanizminin bəlli olması bakterial infeksiyaların diaqnostikasının tez, asan və dəqiqliklə aparılmasına imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]