ELM VƏ TƏHSİL


BDU-nun alimləri kərtənkələlərin miogenezini tədqiq ediblər

BDU-nun alimləri kərtənkələlərin miogenezini tədqiq ediblər

Bakı, 7 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının professoru Canbaxış Nəcəfov, kafedranın dissertantı Ramin Həşimov, Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilovun həmmüəllifi olduqları “Tenuidactylus caspius kərtənkələsinin skelet əzələlərinin embrional inkişafı və histoloji analizi” adlı elmi işdə uğurlu nəticələr əldə olunub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Elmi iş “Web of Science” elmmetrik bazasına daxil olan “Journal of zoological systematics and evolutionary research” (IF: 2.424) nəşrində yer alıb.

Tədqiqat işinin məqsədi kərtənkələnin embrional inkişafında mioblastların bir-biri ilə birləşib miosimplast əmələ gətirməsindən sonra əzələ plastinkasının (aralıq quruluşunun) formalaşması mərhələsinin müəyyən olunmasıdır. Tədqiqat işində 22 ədəd gekkon yumurtasından istifadə olunub. Müəlliflər bu mərhələnin şəklini çəkib, tam düzgün xarakteristikasını veriblər. Məqalədə miogenezin (embrional inkişaf zamani skelet əzələlərinin formalaşması) mərhələləri ardıcıllıqla təsvir olunub. Kərtənkələlərin miogenezini öyrənməklə insanın embrional əzələ qüsurlarının səbəbini müəyyən etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.