ELM VƏ TƏHSİL


BDU-nun dekanı beynəlxalq konfransda təqdimatla çıxış edib

Bakı, 20 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Əməkdar jurnalist, filologiya elmləri doktoru Vüqar Əliyev türkdilli ölkələrin gənc alimlərinin “Elbası - türk inteqrasiyasının memarı” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfransında iştirak edib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Konfransda filologiya elmləri doktoru Vüqar Əliyevin “Vahid türk informasiya məkanının formalaşdırılması və mövcud təhdidlər” mövzusunda təqdimatı dinlənilib.

Qeyd edək ki, Qazaxıstanın müstəqilliyinin 30-cu ildönümü və 1 dekabr - Birinci Prezident Günü çərçivəsində təşkil olunan konfransda Qazaxıstan, Azərbaycan, Türkiyə, Tatarıstan (Rusiya), Başqırdıstan (Rusiya), Qırğızıstan, Özbəkistan və Monqolustandan tanınmış elm adamları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.