ELM VƏ TƏHSİL


BDU-nun dilçi alimlərinin XVII Beynəlxalq Böyük Türk Dili Qurultayında məruzələri dinlənilib

Bakı, 28 sentyabr, AZƏRTAC

İhsan Doğramacı adına Ərbil Vəqfi, Türkiyənin Özbəkistandakı səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Yunus Əmrə İnstitutu, Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi və Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin birgə təşkilatçılığı ilə XVII Beynəlxalq Böyük Türk Dili Qurultayı keçirilib. Dünyanın müxtəlif ölkələrindən tanınmış dilçi alimlərin və türkoloqların qatıldığı beynəlxalq tədbirdə türk dillərinin tarixi, etimologiyası və onomastikası, dialektologiya, türk lüğətçiliyi, dil əlaqələri və dil siyasəti, türk xalqları ədəbiyyatına dair məruzələr dinlənilib.

“Zoom” platforması üzərindən təşkil olunmuş qurultayda Bakı Dövlət Universitetini (BDU) Filologiya fakültəsinin dilçi alimləri uğurla təmsil ediblər.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

BDU-nun Türkologiya kafedrasının əməkdaşları – professor Ramiz Əskər, dosentlər Qızılgül Abdullayeva, İslam Vəliyev, Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Zemfira Şahbazova, filologiya elmləri doktoru Reyhan Həbibli, dosent İsmayıl Məmmədov, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti Samirə Mərdanova, “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının elmi işçiləri – filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov və Pərvin Eyvazov müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Qurultayda Ramiz Əskər, Qızılgül Abdullayeva, Rəhilə Quliyeva və Samirə Mərdanova bölmə iclaslarına sədrlik ediblər. Seksiyalarda alimlərimizin çıxışları maraqla dinlənilib və məruzələr ətrafında geniş müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.