ELM VƏ TƏHSİL


BDU-nun əcnəbi tələbələri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) təhsil alan əcnəbi tələbələr və Xarici tələbələrlə iş şöbəsinin əməkdaşları Fəxri xiyabanda ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, əcnəbi tələbələr Şəhidlər xiyabanında respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını da ziyarət ediblər.

Yürüş zamanı Çin, Qazaxıstan, İndoneziya, Misir, Qırğızıstan və digər ölkələrdən olan əcnəbi tələbələrə Azərbaycan Respublikasının müstəqillik tarixindən, ulu öndər Heydər Əliyevin və dahi rəhbərin siyasi xəttini uğurla həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevin müstəsna tarixi xidmətlərindən danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.