ELM VƏ TƏHSİL


BDU-nun əməkdaş və tələbələri Şuşaya səfər ediblər

Bakı, 6 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) əməkdaş və tələbələrinin bir qrupu Şuşaya səfər edib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Səfərin əsas məqsədi “Şuşa İli” çərçivəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun işğaldan azad etdiyi Şuşanı ziyarət etmək, şəhərin tarixi-mədəni irsi, işğal dövründə məruz qaldığı dağıntılar, hazırda icrasına başlanılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olmaqdır.

BDU-nun əməkdaş və tələbələri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Qala divarlarını, Yuxarı Gövhərağa məscidini, Üzeyir Hacıbəyli bağını, Vaqif məqbərəsini, Bülbülün ev-muzeyini, ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələrini, Cıdır düzünü ziyarət ediblər.

Səfər iştirakçıları Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ruhlarını ehtiramla yad edib, qazilərimizə və hazırda xidmətdə olan hərbçilərimizə cansağlığı arzulayıblar.

BDU əməkdaş və tələbələrinin Şuşaya səfərləri davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.