ELM VƏ TƏHSİL


BDU-nun əməkdaşı Koreya Respublikasında menecerlər və müəllimlər üçün təlimlərə qatılıb

Bakı, 5 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) tətbiqi riyaziyyat və kibernetika fakültəsinin əməkdaşı Sevinc Vəliyeva Koreya Respublikasının Seul şəhərində ezamiyyətdə olub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, Sevinc Vəliyeva Koreyanın Milli İnformasiya Agentliyi şirkətinin təşkilatçılığı ilə menecerlər və müəllimlər üçün keçirilən təlimdə iştirak edib.

Təlim İKT avadanlığının idarə edilməsi və istismarı, proqramlaşdırma, tədris metodu sahəsində bilikləri mənimsəmək və bu sahədə Koreya ilə əməkdaşlığı gücləndirmək məqsədi daşıyıb. Tədbirə Azərbaycanla yanaşı, beş ölkənin Koreya mərkəzlərinin nümayəndələri qatılıblar.

İkihəftəlik proqram çərçivəsində Koreya mərkəzlərinin fəaliyyətləri barədə məlumat verilib, müvafiq mövzularla bağlı mühazirələr dinlənilib və yeni öyrənilən müxtəlif proqramlaşdırmalara aid kurikulum hazırlığı barədə təqdimatlar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.