ELM VƏ TƏHSİL
BDU-nun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
Bakı, 3 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Türkiyənin Qazi Universitetində keçirilən “İşıq və işıq əsaslı texnologiyalar” II Beynəlxalq elmi konfransda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, konfransda dünyanın 26 ölkəsindən olan universitetlərin əməkdaş və tələbələrinin məruzələri dinlənilib. BDU-nun Fizika fakültəsinin professoru Rasim Məmmədov “Əlavə elektrik sahəsində Şotki diodlarında fotoeffekt”, Nanoaraşdırmalar Mərkəzinin müdiri Mustafa Muradov “Nanomaterialların alınması və optik xassələrinin bəzi xüsusiyyətləri”, mərkəzin əməkdaşları – Lalə Qəhrəmanlı “Müxtəlif texnoloji amillərin CdxZn1-xS nanohissəciklərinin optik xassələrinə təsiri”, Sevinc Məmmədyarova “Ni/NiO nanozəncirlərinin strukturuna və optik xüsusiyyətlərinə maqnit sahəsinin təsiri”, Kimya fakültəsinin əməkdaşı Ofeliya Balayeva “NiZnAl laylı ikili hidroksid/PVS kompozit matrisdə NixZn1-xS nanohissəciklərin idarə olunan sintezi” mövzularında çıxış ediblər.