ELM VƏ TƏHSİL


BDU-nun əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər

Bakı, 12 aprel, AZƏRTAC

İsveçin Linköpinq Universitetinin koordinatorluq etdiyi “Partnyor universitetlərdə mobil aplikasiyaların və oyun dizaynı üzrə magistr proqramlarının inkişafı” – MAGnUS layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) tətbiqi riyaziyyat və kibernetika fakültəsinin optimallaşdırma və idarəetmə kafedrasının dosenti Aytəkin Əfəndiyeva və beynəlxalq elm-təhsil proqramları, qrantlar və informasiya texnologiyaları şöbəsinin mütəxəssisi Əsgər Zeynalabdinov İsveçin Linköpinq şəhərində keçirilən təlimdə iştirak ediblər.

Ə.Zeynalabdinov BDU-nun tarixi, təhsilin əsas istiqamətləri, MAGnUS layihəsində rolu haqqında təqdimatla çıxış edib. A.Əfəndiyeva isə magistr proqramı haqqında ümumi məlumat verib.

Xatırladaq ki, Bakı Dövlət Universiteti layihəyə 2018-ci ildən qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.