ELM VƏ TƏHSİL


BDU-nun gənc alimləri tərəfindən yeni miniatür triboelektrik generator hazırlanıb

Bakı, 17 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzinin gənc alimləri tərəfindən tibdə, hərbi kəşfiyyatda, uzunmüddətli səyahətlərdə və s. istifadə olunan bir çox daşına bilən elektron cihazların uzunmüddətli və effektiv işləməsini təmin edən yeni növ qidalandırma mənbələri - miniatür triboelektrik generator (TEG) hazırlanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, hazırlanmış TEG elektrik enerjisini generasiya edən digər sistemlərlə müqayisədə sadə iş mexanizmi, miniatürlüyü, çevikliyi və maya dəyəri baxımından daha ucuz olması ilə fərqlənir. TEG mexaniki, külək, su dalğaları və s. kimi enerji mənbələrindən elektrik enerjisi əldə etməyə imkan verir. “Scotch yoke” (dairəvi hərəkəti düzxətli hərəkətə çevirən qurğudur) əsasında külək enerjisini generasiya edən TEG-in çeviricilik qabiliyyəti yoxlanılıb. Miniatür qurğu 5 V gərginlik, 6.5 nA cərəyan və 0.3 mkVt orta çıxış gücü əldə etməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.