ELM VƏ TƏHSİL


BDU-nun magistrantları Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda olublar

Bakı, 16 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinin magistrantları Möhsün Əlizadə, Orxan Güləhmədov və Sara Rəhimzadə Dövlətlərarası Humanitar Fondun dəstəyi ilə MDB ölkələrinin Nanotexnologiya Beynəlxalq İnnovasiya Mərkəzinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda keçirdiyi təcrübə proqramında iştirak ediblər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təcrübə proqramına MDB ölkələrindən gənc alim və mütəxəssislər qatılıblar. Təcrübə proqramı müddətində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun laboratoriyaları ilə tanışlıq olub, alimlərin məruzələri dinlənilib və tapşırılan layihələr üzərində işlər aparılıb.

Sonda Möhsün Əlizadə “Effektiv qoruyucu materialların alınması məqsədi ilə TFP və Monte Karlo metodu ilə radiomaterialların mexanikası və kvant-kimyasının qiymətləndirilməsi”, Orxan Güləhmədov “Karbon nanoboruları ilə adsorbsiya üsulu əsasında su filtrlərinin alınması” və Sara Rəhimzadə “Radiasiya texnologiyasından istifadə edərək polimer materialların istilik müqavimətinin və istilik keçiriciliyinin artırılması” mövzularında layihəni müdafiə edərək sertifikatla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.