ELM VƏ TƏHSİL


BDU-nun magistraturasına qəbul olanların qeydiyyatı başa çatıb

Bakı, 29 iyul, AZƏRTAC

2022-2023-cü tədris ili üçün Bakı Dövlət Universitetinin (BDU) magistratura pilləsinə qəbul olanların qeydiyyatı başa çatıb. Magistratura təhsil səviyyəsinə 932 nəfər qəbul olunub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, BDU-nun magistraturasına qəbul olanlardan 300 nəfəri kişi, 632 nəfəri qadındır. Onlardan 732 nəfər Azərbaycan bölməsinə, 112 nəfər rus bölməsinə, 88 nəfər isə ingilis bölməsinə qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.