ELM VƏ TƏHSİL


BDU-nun məqsədli təqaüdləri haqqında əsasnamə qəbul olunub

Bakı, 1 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

İclasda BDU-nun rektoru Elçin Babayev universitetdə elmin, təhsilin inkişafı ilə bağlı fikirlərini bildirib.

Sonra dərslik, dərs vəsaiti, fənn proqramları və sillabusların vəziyyəti, BDU-nun institusional akkreditasiyanın keçirilməsi ilə əlaqədar işlərin gedişi müzakirə olunub. Qeyd edilib ki, təhsil müəssisəsinin institusional akkreditasiyası 30 meyar, 271 indikator üzrə aparılacaq. Hər indikator 3 balla qiymətləndiriləcək. Elmi Şuranın qərarına əsasən, BDU-da İnstitusional akkreditasiya üzrə təşkilat komissiyası və 7 istiqamət üzrə (strateji inkişaf, keyfiyyət təminatı, təlim və tədris, elmi tədqiqatlar, idarəetmə, beynəlmiləlləşmə və infrastruktur) işçi qrupları yaradılıb.

Eyni zamanda, BDU-nun məqsədli təqaüdləri haqqında əsasnamə qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.