ELM VƏ TƏHSİL


BDU-nun məzunu şəhid Tural Eyyubovun xatirəsi anılıb

Bakı, 5 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu şəhid Tural Eyyubovun doğum gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirdə fakültənin dekan müavini Şamo Cəbrayılov, kafedra müdiri Fərhad Mirzəyev, fakültənin əməkdaşları Tural Eyyubovun valideynlərinə mərd oğul böyütdükləri üçün öz minnətdarlıqlarını bildiriblər.

Tural Eyyubov 2013-cu ildə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirib və həmin ilin oktyabrında hərbi xidmətə başlayıb. Hərbi xidməti zamanı motoatıcı taqım komandirliyi kursunu müvəffəqiyyətlə başa vuran Tural Eyyubov zabit kimi xidmətini davam etdirib. 2020-ci ilin oktyabrında Vətənin müdafiəsinə qatılan leytenant Tural Eyyubov Füzuli, Xocavənd, Şuşanın azadlığı uğrunda fədakarlıqla döyüşərək, həmin ilin oktyabrın 25-də şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidentınin sərəncamları ilə Tural Eyyubov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.