ELM VƏ TƏHSİL


BDU-nun müəllimi beynəlxalq konfransda akademik yazı qaydalarından danışıb

Bakı, 25 yanvar, AZƏRTAC 

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının dissertantı və müəllimi Günay Ağamalıyeva İsveçin Stokholm şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə keçirilən “Elm və təhsil: dünən, bu gün və sabah” adlı X beynəlxalq elmi-praktik konfransda iştirak edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Günay Ağamalıyeva ingilis dilində “Azərbaycanın ali təhsil müəssisələrində tələbələrin buraxılış işlərinin praktiki əhəmiyyətinin artırılması” mövzusunda təqdimatla çıxış edib. O, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tələbələrin buraxılış işlərinin keyfiyyətinin və praktiki əhəmiyyətinin yüksəldilməsi ilə bağlı təkliflər irəli sürüb. Eyni zamanda, tədqiqat metodları, statistik analiz, indeks-şkala, akademik yazı qaydaları, tədqiqatın məzmun keyfiyyəti, elmi işin praktiki faydaları ilə bağlı geniş məlumat verib.

Qeyd edək ki, onlayn konfrans UNESCO-nun Beynəlxalq Kadrlar Akademiyası, İsveçin Gothenburg Universiteti, Türkiyənin Qafqaz Universiteti və Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğunun rəhbərliyi ilə reallaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.