ELM VƏ TƏHSİL
BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda elmi seminar
Bakı, 16 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda Nəzəri fizika şöbəsinin aparıcı elmi işçisi Yusif Qasımov “Oblasta nəzərən bir tərs məsələ haqqında” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Şredinger operatoru üçün ənənəvi olmayan bir tərs məsələyə baxılıb, tərs məsələlərin xüsusiyyətləri izah edilib. Daha sonra s-funksiyalar anlayışı daxil edilməsindən və onların verilmiş çoxluğuna nəzərən məsələnin verilmə oblastını təyin etmək üçün təklif olunan sxemdən bəhs olunub.
Sonra Y.Qasımov aparılan təcrübələrin xüsusiyyətlərini izah edib, sualları cavablandırıb.