ELM VƏ TƏHSİL


BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 5 şagirdi VII Məktəblilərarası fənn müsabiqəsinin qalibləri sırasında

Bakı, 23 iyun, AZƏRTAC

VII Məktəblilərarası fənn müsabiqəsinin qalibləri sırasında Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin 5 şagirdi də var.

Liseyin VII sinif şagirdləri Elman Kərimli və Cabir Abbasov müsabiqənin qızıl, VII sinif şagirdi Ədalət Tağıyev gümüş, VII sinif şagirdi Məhəmməd Abdinov və VI sinif şagirdi Cahangir Zeynallı isə bürünc mükafatına layiq görülüb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Bu tədris ilində VII Məktəblilərarası fənn müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla, 5 fənn üzrə VI və VII sinif şagirdləri arasında keçirilib. Müsabiqə iki mərhələdən ibarət olub. Müsabiqənin rayon (şəhər) mərhələsində ölkənin bütün regionlarından təxminən 22 min, final mərhələsində isə 4 min şagird iştirak edib. Onlardan 225-i qalib olub. Fənn müsabiqəsi məktəblilərin beynəlxalq olimpiadalara hazırlığı baxımından böyük əhəmiyyət kəsb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.