ELM VƏ TƏHSİL


BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec yeni tədris ilinə hazırdır

Bakı, 17 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollec yeni tədris ilinə hazırdır.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, universitetin rektoru Elçin Babayev İqtisadiyyat və Humanitar Kollecdə yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər, həyata keçirilən yeniliklərlə tanış olub.

Kollecin direktoru Səhər Orucova təhsil müəssisəsində xüsusi karantin rejimi dövründə tədrisin təşkili üçün həyata keçirilən tədbirlərdən danışıb.

Qeyd olunub ki, kollecdə tədrisin keyfiyyətinin artırılması məqsədilə yeni tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanması, kitabxananın elektronlaşdırılması, beynəlxalq əlaqələrin qurulması, BDU alimlərinin iştirakı ilə elmi seminarların, konfransların, açıq dərslərin keçirilməsi nəzərdə tutulur. Kompüter və dil kurslarında, yaradıcılıq dərnəklərində tələbələrin öz istedad və bacarıqlarını inkişaf etdirmələri üçün şərait yaradılacaq.

Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na müvafiq olaraq kollecdə zəruri dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər görülüb. Yeni tədris ilinə hazırlıq işləri yekunlaşdırılıb, dərs otaqları, kitabxana, dəhlizlər, sanitar qovşaqlar və s. dezinfeksiya olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.