ELM VƏ TƏHSİL
BDU-nun professoru “NUCLEUS-2021” beynəlxalq konfransında universiteti təmsil edir
Bakı, 23 sentyabr, AZƏRTAC
Rusiyanın Sankt-Peterburq şəhərində “NUCLEUS-2021” beynəlxalq konfransı keçirilir. Tədbirdə Bakı Dövlət Universitetini (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru professor Mais Süleymanov təmsil edir.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, konfransda professor M.Süleymanovun “Böyük Adron Kollayderinin enerjilərində müşahidə olunan pT oblastlarının xassələrinin enerji və kütlədən asılılığı” adlı mühazirəsi dinlənilib.
Sonra suallar cavablandırılıb.
Beynəlxalq tədbir sentyabrın 25-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]