ELM VƏ TƏHSİL


BDU-nun qəbul planında II ixtisas qrupu üzrə boş qalan yerlər müəyyənləşdirilib

Bakı, 8 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) 2021-2022-ci tədris ili üzrə qəbul planında II ixtisas qrupu üzrə 62 yer boş qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.

BDU-da sosiologiya, coğrafiya, hidrometeorologiya, tarix və coğrafiya müəllimliyi (Qazax filialı), həmçinin rus bölməsi ilə birgə müsabiqə aparıldığı sosiologiya (tədris ingilis dilində) ixtisasları üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər.

Boş qalan yerlər BDU-nun Qazax filialını da əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.