ELM VƏ TƏHSİL


BDU-nun rektoru İzmir Yüksək Texnologiya İnstitutunda əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıb

Bakı, 19 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti İzmir Yüksək Texnologiya İnstitutunda olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Görüşdə rektor Elçin Babayev BDU-da həyata keçirilən təhsil və tədris prosesi, elmi tədqiqatlar, yeni innovativ layihələr haqqında məlumat verib. Qardaş Türkiyə universitetləri ilə BDU arasında təhsil-elm-innovasiya istiqamətində geniş və faydalı əlaqələrdən danışıb. Bu il universitetdə İzmir Yüksək Texnologiya İnstitutu ilə imzalanmış əməkdaşlıq müqavilənin əhəmiyyətini vurğulayıb, əməkdaşlıq çərçivəsində səmərəli tədbirlərin reallaşdırıldığını söyləyib.

İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusuf Baran ikitərəfli əməkdaşlığın inkişaf etdiyini, universitetlər arasında tələbələrin, akademik və inzibati heyətin mübadiləsinin, birgə elmi-tədqiqat layihələrinin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Sonra tərəflər arasında elm, təhsil, mədəniyyət sahələrində müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, təhsilin bütün sǝviyyǝlərindǝ kadrların mübadiləsinin həyata keçirilməsi, təhsil, tədqiqat sahəsində əməkdaşlığın perspektivləri, birgə ikili diplom proqramları, elmi konfranslar, seminarlar, simpoziumlar, təlimlərin təşkili və s. barədə müzakirələr aparılıb.

İzmir Yüksək Texnologiya İnstitutu Türkiyənin mühəndislik sahəsində nüfuzlu ali məktəblərindəndir. 6 min 241 tələbənin təhsil aldığı institutda tədris ingilis dilində aparılır. Təhsil müəssisəsində 18 bakalavr, 27 magistr və 19 doktorantura proqramı üzrə kadr hazırlığı həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.